...

Gəncədə minik avtomobili quyuya düşüb, ölən var

Hadisə Materials 26 May 2020 00:11 (UTC +04:00)
Gəncədə minik avtomobili quyuya düşüb, ölən var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda “ВАЗ” markalı minik avtomobilinin dərinliyi təxminən 10-15 metr olan quyuya düşməsi barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri 35 yaşlı Fuad Rəcəbovun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Avtomobildə olan digər sərnişin 30 yaşlı Elmir Məmmədov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti