...

Haitidə tropik fırtına nəticəsində ölənlərin sayı 31-ə yüksəlib

Hadisə Materials 29 Avqust 2020 05:01 (UTC +04:00)

Bakı. Trend:

Haiti üzərində tuğyan tropik "Laura" fırtınası nəticəsində ən az 31 nəfər ölüb, 8 nəfər yaralanıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə karib respublikasının təhlükəsizlik departamentinin saytında yerləşdirilən mesajda deyilir.

Daha əvvəl "HaitiLibre" xəbər portalı 20 nəfərin ölüm xəbərini vermişdi. Ümumilikdə 2,3 mindən çox yaşayış binasına ziyan dəyib, 6,2 mindən çox ev su altında qalıb.

Xilasetmə xidmətlərinin məlumatına görə, respublikanın cənub-şərq və qərb bölgələrinə ciddi ziyan dəyib. Səlahiyyətli orqanlar bildirib ki, sel, leysan yağışlar və külək ölkənin 2 milyondan çox sakininin yaşayış şəraitinə təsir göstərə bilər.

Haiti üzərindən keçərkən tropik "Laura" fırtınasının əhatəsində küləyin sürəti 23 m/s-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti