...

Şəmkirdə ferma yanıb

Hadisə Materials 2 Sentyabr 2020 08:45 (UTC +04:00)
Şəmkirdə ferma yanıb

Bakı. Trend:

Şəmkir rayonunun Könüllü kəndində ümumi sahəsi 550 kv.m olan fermanın yanar konstruksiyaları 150 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı köməkçi tikilinin taxtadan ibarət divarı 10 kv.m sahədə qarsalanıb.

Fermanın qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti