...

AİB Azərbaycanın da iştirak etdiyi erkən innovativ inkişaf platformasını dəstəkləyir

İqtisadiyyat Materials 12 Dekabr 2025 10:36 (UTC +04:00)
AİB Azərbaycanın da iştirak etdiyi erkən innovativ inkişaf platformasını dəstəkləyir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Asiya İnkişaf Bankının (AİB) “Early-Stage Innovation Platform” adlı təşəbbüsünə (regional texniki yardım layihəsinə) qoşulan 40-dan çox ölkənin sıralarına daxil olub.

Trend bu barədə AİB-ə istinadən məlumat verir.

Təşəbbüs iştirakçı ölkələrin geniş dairəsini bir araya gətirir. Onlar arasında Azərbaycan, Ermənistan, Banqladeş, Butan, Bruney-Darülsəlam, Kamboca, Kuk adaları, Fici, Mikroneziya Federativ Ştatları, Gürcüstan, Honkonq (Çin), Hindistan, İndoneziya, Qazaxıstan, Qırğızıstan, Kiribati, Koreya Respublikası, Laos, Malayziya, Maldiv adaları, Monqolustan, Nauru, Nepal, Niue, Pakistan, Palau, Filippin, Papua–Yeni Qvineya, Çin, Marşall adaları, Samoa, Sinqapur, Solomon adaları, Şri-Lanka, Tacikistan, Taypey (Çin), Tayland, Timor-Leşte, Türkmənistan, Tonqa, Türkiyə, Tuvalu, Özbəkistan, Vanuatu və Vyetnam yer alır.

Təşəbbüs AİB-in Xüsusi Texniki Yardım Fondundan ayrılmış 1 milyon dollar vəsaiti hesabına maliyyələşdirilir.

Layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin digər təfərrüatları hələ açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti