...

İki kollecə yeni direktor müavinləri təyin olunub

Cəmiyyət Materials 12 Dekabr 2025 09:55 (UTC +04:00)
İki kollecə yeni direktor müavinləri təyin olunub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə iki kollecə təyinatlar olub.

Trend xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin, İsmayıl Məmmədov isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Əhəd Məmmədov Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında "İngilis dili müəllimliyi" ixtisası üzrə bakalavr təhsili alıb, magistratura səviyyəsi üzrə təhsilini isə hazırda ADA Universitetində "Təlim və tədrisin təşkili və metodikası" ixtisası üzrə davam etdirir. Ə.Məmmədov əmək fəaliyyətinə 2017-ci ildə Bərdə rayon İ.Hümbətov adına Soğanverdilər kənd tam orta məktəbində ingilis dili müəllimi kimi başlayıb, həmçinin Ağdam rayon 93 saylı köçkün tam orta məktəb və Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub. O, Beynəlxalq Qızıl Xaç Komitəsinin İqtisadi Təhlükəsizlik Proqramında, İndiana Universitetinin Qlobal köçkünlük kontekstində müəllimləri dəstəkləyən layihəsində və müxtəlif illərdə İsveçrə və İordaniyada keçirilən təlimlərdə iştirak etmişdir. İsmayıl Məmmədov bakalavr təhsilini Bakı Dövlət Universitetində "Regionşünaslıq" ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznesin təşkili və idarə edilməsi (Maliyyə)" ixtisası üzrə alıb. Müxtəlif illərdə bir neçə özəl şirkətdə və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışıb. O, son təyinatadək Azərbaycan Dövlət İqtisad Universitetində Karyera planlaşdırılması və inkişafı kafedrasında müəllim kimi fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti