...

AİB "Abşeron Dairəvi Dəmir Yolu Xətti" layihəsinin hazırlanmasına dəstək olur

İqtisadiyyat Materials 12 Dekabr 2025 11:39 (UTC +04:00)
AİB "Abşeron Dairəvi Dəmir Yolu Xətti" layihəsinin hazırlanmasına dəstək olur
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda “Abşeron dairəvi xətti” layihəsinin hazırlanmasına texniki yardım göstərir.

Trend bu barədə banka istinadən xəbər verir.

Yardım AİB-in Xüsusi Texniki Yardım Fondundan ayrılmış 250 000 dollar hesabına maliyyələşdirilir və proqramın hazırlanmasının bir neçə əsas mərhələsini dəstəkləməyə yönəlib.

AİB-in ekspert dəstəyinə mövcud infrastruktur planlaşdırılması üzrə sənədlərin nəzərdən keçirilməsi daxildir; “Azərbaycan Dəmir Yolları”na (ADY) layihənin icra planının hazırlanmasında metro və avtobus sistemləri, habelə şəhər və sənaye zonaları ilə inteqrasiyanın nəzərə alınması istiqamətində köməkliyin göstərilməsini; sərnişin vaqonlarının alınmasına dair mövcud sənədlərin təhlilini əhatə edir.

AİB-in məlumatına görə, layihə Azərbaycanda səmərəli, müasir və sərnişin tələblərinə cavab verən dəmir yolu sisteminin inkişafına hədəflənib.

Texniki yardım iki əsas nəticənin əldə edilməsini nəzərdə tutur: “Abşeron dairəvi dəmir yol xətti” üzrə layihənin baş planının icmalının tamamlanması; infrastrukturun tikintisi üzrə planlaşdırmanın yekunlaşdırılması.

Görülən işlərin nəticəsi olaraq “Abşeron dairəvi dəmir yolu xətti” proqramının tam icra planı hazırlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti