Bakı.Trend:
Doğma yurda köç edən sakinlərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC Xocavəndin elektrik təsərrüfatını yeniləyir.
Trend xəbər verir ki, bu barədfə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidənqurma işləri nəticəsində Zoğalbulaq qəsəbəsində və şəhər ərazisində 35/04 kV-luq yeni yarımstansiyalar tikilib.
Hadrut, Qırmızı Bazar qəsəbələri, Sos kəndinə köçürülən ailələr üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenilənib. Eləcə də, 10 və 35 kV-luq hava xətlərində, mövcud transformator məntəqələrində təmir-bərpa işləri aparılıb, smart sayğaclar quraşdırılıb.
Hazırda şəhər ərazisi ilə yanaşı Çörəkli, Güneyxırman, Qarakənd, Quzeyxırman, Xanoba kəndlərində təmir-bərpa və yenidənqurma işləri davam edir.
Vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC ölkənin bütün regionlarında mərhələli şəkildə elektrik şəbəkəsinin yenilənməsi işlərini davam etdirir.
