...

Bakı sakini kürəkənini küçədə güllələdi

Hadisə Materials 17 Sentyabr 2020 13:21 (UTC +04:00)
Bakı sakini kürəkənini küçədə güllələdi

Bakı. Samir Əli - Trend:

Bakıda güllələnmə hadisəsi baş verib.

Daxili İşlər nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, hadisə sentyabrın 15-də saat 2 radələrində Buzovna qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ç.Rəhimovun xuliqanlıq zəminində pnevmatik tüfəngdən açdığı atəşlə kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ç.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan “Qamo” markalı pnevmatik tüfəng və 42 ədəd patron (pnevmatik) götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti