...

Sabunçuda baş verən yanğın nəqliyyatın hərəkətində sıxlıq yaradıb

Hadisə Materials 21 Sentyabr 2020 19:15 (UTC +04:00)
Sabunçuda baş verən yanğın nəqliyyatın hərəkətində sıxlıq yaradıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

H.Əliyev prospekti, Sabunçu yol qovşağı yaxınlığında yoldan kənar ərazidə yanğın baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən Trend-ə məlumat verilib.

Bildirilib ki, bu səbəbdən də H.Əliyev-Hava limanı yolunda, xüsusən də Sabunçu istiqamətində köməkçi yolda sıxlıq müşahidə olunub.

Qeyd edək ki, Bakı şəhərinin Sabunçu rayonunda Bakı Olimpiya Stadionunun yaxınlığında sıx qamışlıq, quru ot və kol-kos olan ərazidə yanğın olub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata görə, 1 ha sahədə qamışlıq və quru ot yanıb. Yaxınlıqdakı neft və qaz kəmərləri, həmçinin yaşayış evləri yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti