...

Lənkəranda heroin daşıyan avtomobil yaxalandı

Hadisə Materials 27 Fevral 2021 12:08 (UTC +04:00)
Lənkəranda heroin daşıyan avtomobil yaxalandı

Bakı. Samir Əli - Trend:

Lənkəran rayonunda heroin alveri ilə məşğul olan şəxs saxlanılıb.

Trend-in məlumatına görə, Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kərgəlan kənd sakini C.Mirzəyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı oradan əlavə olaraq 1 kiloqramdan artıq heroin götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti