...

Qubada ev və ona bitişik tikili yanıb

Hadisə Materials 18 Aprel 2021 08:54 (UTC +04:00)

Bakı. Trend:

Quba rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qorxmazoba kəndində ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin və bitişik ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti