...

Əfqanıstanda hava zərbəsi nəticəsində ən azı 12 dinc sakin həlak olub

Hadisə Materials 26 Aprel 2021 01:43 (UTC +04:00)
Əfqanıstanda hava zərbəsi nəticəsində ən azı 12 dinc sakin həlak olub

Bakı. Trend:

Əfqanıstanın Vardak əyalətində aviazərbə və minaatan atəşi nəticəsində səkkizi bir, dördü isə digər ailənin üzvü olmaqla ən azı 12 nəfər dinc sakin həlak olub.

Trend-in məlumatına görə, bu barədə ölkənin yerli TOLO informasiya agentliyi xəbər yayıb.

Vardak əyalətinin şura üzvü Şarifullah Xotak hadisə ilə bağlı açıqlamada deyib: "Capriz rayonunun Zorlanq kəndində bir ailənin səkkiz üzvü aviazərbə nəticəsində həlak olub. Digər hücüm zamanı Sayed Abad rayonunda evlərinə mina düşməsi nəticəsində bir ailənin dörd üzvü ölüb və üç üzvü xəsarət alıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti