...

Bakıda mağazada məhsulları yararsız hala salan qız və oğlan yaxalandı (VİDEO)

Hadisə Materials 5 May 2021 10:00 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Marketdə özlərini çəkib yeyinti məhsullarını yararsız hala salanlar saxlanıldı.

DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov Trend-ə bildirib ki, bir neçə gün əvvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqlarları məlum olub. Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.

R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşiman olduqlarını bildiriblər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti