...

Bakıda restoranda yanğın olub

Hadisə Materials 22 May 2021 23:01 (UTC +04:00)
Bakıda restoranda yanğın olub

Bakı. Trend:

Bakıda restoran kimi fəaliyyət göstərən tikilidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan restoran kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin çöl divarına quraşdırılan 1 ədəd elektrik sayğacı və kabel 1 p.m yanıb, yüksək temperaturdan lambirindən ibarət üzlük 1 m² sahədə əriyib.

Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti