...

ABŞ-da ötən gün atışmalarda 4 nəfər mülki şəxs öldürülüb, 23 nəfər yaralanıb

Hadisə Materials 13 İyun 2021 06:43 (UTC +04:00)
ABŞ-da ötən gün atışmalarda 4 nəfər mülki şəxs öldürülüb, 23 nəfər yaralanıb

Bakı. Trend:

ABŞ-ın Klivlend şəhərində (Ohayo ştatı) naməlum şəxs odlu silahdan atəş açıb.

Trend-in məlumatına görə, bu barədə şəhərin polis idarəsi bildirib.

Atışma nəticəsində üç nəfər ölüb, dörd nəfər yaralanıb.

Məlumata əsasən bir nəfər aldığı xəsarətlərdən hadisə yerində keçinib, digər iki nəfər isə xəstəxanaya yerləşdirilsələrdə xilas edilə bilməyiblər.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

ABŞ-da ötən gün ərzində ictimai yerlərdə bir sıra atışmalarda ümumilikdə 4 nəfər ölüb 23 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti