...

Bakıda yaşayış binasında partlayış olub (VİDEO)

Hadisə Materials 21 İyun 2021 21:28 (UTC +04:00)
Bakıda yaşayış binasında partlayış olub (VİDEO)

Bakı. Samir Əli - Trend:

Bakıda hündürmərtəbəli yaşayış binasında partlayış olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 23 ünvanında baş verib. Həmin ünvanda yerləşən 12 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində mənzillərdən birinin mətbəxində qaz balonu parlayıb. Partlayış yanğına çevrilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti