...

Bakıda intihara cəhdin qarşısı alınıb

Hadisə Materials 11 Avqust 2021 07:40 (UTC +04:00)
Bakıda intihara cəhdin qarşısı alınıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının on üçüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-dən Trend-ə verilən məlumata görə, xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti