...

İsmayıllıda dağlıq ərazidəki yanğın söndürülüb

Hadisə Materials 31 Avqust 2021 12:07 (UTC +04:00)
İsmayıllıda dağlıq ərazidəki yanğın söndürülüb

Bakı. Trend:

İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində ümumilikdə, təqribən, 5 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Relyefin mürəkkəbliyinə baxmayaraq, görülmüş tədbirlər sayəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti