...

Yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Hadisə Materials 31 Avqust 2021 16:34 (UTC +04:00)
Yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Bakı. Trend:

Ağstafa rayon Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Köhnə Qışlaq kənd sakini Ramin Abbasov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Fakla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti