...

Ötən gün ölkədə 60 yanğın olub, 10 nəfər xilas edilib

Hadisə Materials 21 Sentyabr 2021 12:17 (UTC +04:00)
Ötən gün ölkədə 60 yanğın olub, 10 nəfər xilas edilib

Bakı. Samir Əli -Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 60 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən Trend-ə verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 10 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Xətai rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1969-cu il təvəllüdlü Mutalov Əliyar Paşa oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti