...

Cəlilabad və Zaqatalada fərdi ev yanıb

Hadisə Materials 22 Sentyabr 2021 22:02 (UTC +04:00)
Cəlilabad və Zaqatalada fərdi ev yanıb

Bakı. Trend:

Cəlilabad və Zaqatalada fərdi ev yanıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Cəlilabad rayonunun Çünəxanlı kəndində ümumi sahəsi 144 m² olan kürsülü birmərtəbəli evin (çiy kərpic və taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti