...

Özünü nazirlik əməkdaşı kimi təqdim edən şəxsə 10 il cəza verildi

Hadisə Materials 1 Oktyabr 2021 12:16 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından istifadə edərək dələduzluqda təqsirləndirilən İlyas Mikayılovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Trend-in məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən İ.Mikayılov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlyas Mikayılov özünü ETSN-in əməkdaşı və həmçinin nazirliyin Xırdalan şöbəsinin müdiri kimi təqdim edərək insanları aldadıb və onlara qarşı külli miqdarda dələduzluq edib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanıb.

Məlumata görə İ.Mikayılov zərərçəkmişlərdən iş qurmaq adı ilə pul alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti