...

Avstraliyanın hərbi helikopteri Filippin dənizinə düşüb

Hadisə Materials 14 Oktyabr 2021 08:54 (UTC +04:00)

Bakı. Trend:

Avstraliya Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin Filippin dənizində qəzaya uğraması nəticəsində 3 hərbçi yaralanıb.

Trend-in məlumatına görə, "MH-60R Seahawk" helikopteri planlaşdırılan kəşfiyyat missiyasını yerinə yetirib, lakin suya qəza enişi etmək məcburiyyətində qalıb.

Helikopterdə olan üç hərbçi qəza zamanı helikopterdən çıxa biliblər və yüngül xəsarət alıblar.

Yaxınlıqdan keçən hərbi gəmi suda olan hərbçiləri göyərtəsinə götürə bilib. Qəza ilə əlaqədar istintaq başladılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti