...

BDU-nun professoru vəfat edib

Hadisə Materials 15 Oktyabr 2021 17:09 (UTC +04:00)
BDU-nun professoru vəfat edib

Bakı. Çingiz Səfərli - Trend:

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Məmmədəli Novruzov vəfat edib.

Trend-in məlumatına görə, 65 yaşında dünyasını dəyişən M.Novruzov 1971-1976-cı illərdə BDU-nun 1973-1978-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb.

1985-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

Türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat işi aparıb.

70-ə yaxın elmi, 500-ə yaxın elmi-kütləvi məqalənin, 4 monoqrafiya və 2 kitabın müəllifi olub.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti