...

Bakıda külək binanın balkonunu uçurub, xəsarət alan var

Hadisə Materials 11 Noyabr 2021 11:21 (UTC +04:00)
Bakıda külək binanın balkonunu uçurub, xəsarət alan var

Bakı. Samir Əli - Trend:

Bakıda güclü külək nəticəsində balkon uçub.

Trend-in məlumatına görə, paytaxtın Səbail rayonu ərazisindəki yaşayış binasının balkonunda baş vermiş uçqun nəticəsində ərazidən keçən Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Şıxəliyeva Diana Xəyal qızı baş nayihəsindən müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-ə faktı təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti