...

Nərimanov rayonunda ağacları kəsən şəxs cəzalandırılıb

Hadisə Materials 16 Noyabr 2021 15:10 (UTC +04:00)
Nərimanov rayonunda ağacları kəsən şəxs cəzalandırılıb

Bakı. Çingiz Səfərli - Trend:

Bakı şəhəri, Nərimanov rayonunda ağacları kəsən şəxs cəzalandırılıb.

Bu barədə Trend-ə Ekolgiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 6/26 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Səbri Qədirov tərəfindən kəsildiyi və təbiətə 2200 manat məbləğində ziyan dəydiyi məlum olub.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Nərimanov Rayon Prokurorluğuna göndərilib”, - V.Cavadov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti