...

Yevlaxda ağır qəza baş verib, bir nəfər ölüb (FOTO)

Hadisə Materials 25 Noyabr 2021 21:18 (UTC +04:00)
Yevlaxda ağır qəza baş verib, bir nəfər ölüb (FOTO)

Yevlax. Trend:

Yevlax-Bəhrəmtəpə yolunda zəncirvari avto qəza hadisəsi baş verib.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes", "Vaz- 21015" və "Volksvagen" markalı minik avtomobilləri toqquşması zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Xəsarət alanlar Mingəçevir şəhər sakinləri 1974-cü il təvəllüdlü Əhmədov Elxan Fərəc oğlu, 1985-ci il təvəllüdlü Həmzəyev Malik Əli oğlu və 1985-ci il təvəllüdlü Əmiraslanov Sərxan Zaman oğludur.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti