...

Xaçmazda intihara cəhdin qarşısı alınıb

Hadisə Materials 29 Noyabr 2021 08:39 (UTC +04:00)
Xaçmazda intihara cəhdin qarşısı alınıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunun Uzunoba kəndində 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti