...

Xətai rayonunda baş verən yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 Dekabr 2021 20:21 (UTC +04:00)
Xətai rayonunda baş verən yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bakı şəhəri Xətai rayonunda yaşayış binalarına yaxın ərazidə baş verən yanğın qısa zaman ərzində söndürülüb.

Trend xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti şəxsi heyəti və texnikası cəlb olunub.

FHN əməkdaşlarının operativ fəaliyyəti nəticəsində yanğın qısa zamanda söndürülüb.

XXX

20:11

Bakı şəhəri Xətai rayonunda yaşayış binalarına yaxın ərazidə yanğın baş verib.

Trend xəbər verir ki, hadisə rayonun Xudu Məmmədov küçəsi ev 39 ünvanında qeydə alınıb.

Hazırda əraziyə FHN-in yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının söndürülməsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti