...

Vidadi Muradovun cinayət işi üzrə məhkəmə davam etdirilib

Hadisə Materials 15 Dekabr 2021 13:58 (UTC +04:00)
Vidadi Muradovun cinayət işi üzrə məhkəmə davam etdirilib

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Durhəsən Rzayev bildirib ki, onun adından şirkət açılaraq pul köçürmələri aparılıb, prosesdən xəbəri olmayıb.

Prosesdə ifadə verən "Azərxalça" ASC-də işləmiş Emin Xəlilov bildirib ki, 2020-ci ilə qədər qurumda anbardar olub, bunda sonra şirkətinin satınalma komissiyasında çalışıb.

"Əvvəllər anbardar olmuşam. 2020-ci ildə İqtisadiyyat Nazirliyinin tərkibində satınalma vakansiyası yarandı, mən də maliyyə şöbəsində işə başladım. Orda sənəd işlərinə baxırdım", - deyə şahid bildirib.

Digər şahid, Sumqayıt şəhərində yerləşən obyektdə və İsmayıllı rayonunda yerləşən Xalça emalı sexində işləmiş Afər Soltanov isə bildirib ki, bütün aparılan işlərdə göstərişi sifarişçilər verib: "Mən Sumqayıtda tikilən obyektlərin birində nəzarətçi işləmişəm. Bundan sonra isə İsmayıllıya getdim. Aparılan işlərdə çatışmazlıq müşahidə etməmişəm. Vidadi Muradovun götürülən pullardan kimlərəsə verməyini də eşitməmişəm", - şahid deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti