...

17 min manatlıq ağacları kəsən şəxs cəzalandırılıb

Hadisə Materials 16 Dekabr 2021 10:22 (UTC +04:00)
17 min manatlıq ağacları kəsən şəxs cəzalandırılıb

Bakı. Çingiz Səfərli - Trend:

Qax rayonu, Almalı bələdiyyəsinə məxsus ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Trend-in məlumat görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Qax rayon sakini Abdulla Şahmurov tərəfindən kəsildiyi və təbiətə 17 400 manat məbləğində ziyan dəydiyi məlum olub.

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib” - deyə, xidmət rəsmisi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti