...

Bakı-Ələt yolunda baş verən qəzada xəsarət alanların kimliyi açıqlanıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 18 Dekabr 2021 01:38 (UTC +04:00)
Bakı-Ələt yolunda baş verən qəzada xəsarət alanların kimliyi açıqlanıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik avtomobilinin toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.

Trend-in məlumatına görə, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib.

Yaralıların siyahısı belədir:

1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar,

2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə,

3. 2010-cu il təvəllüdlü Əlili Əli,

4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə,

5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar,

6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə,

7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit,

8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə,

9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq.

Xəstələrdən 3 nəfəri reanimasiyadadır, 1 nəfər neyrotravma, daha birisi isə travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

XXX

23:32

Bakı-Ələt yolunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib.

Məlumata əsasən, avtobusla minik avtomobilinin toqquşması nəticəsində çoxsaylı yaralılar var.

"Bu saatlara kimi Kliniki Tibbi Mərkəzə 7 nəfər gətirilib. Daha iki nəfərin də gələcəyi bildirilir. Onların arasında azyaşlı olmaqla çox ağır vəziyyətdə olan yaralılar var", - deyə E.Hidayətoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti