...

Bakı-Ələt yolunda ağır qəza - ikisi Türkiyə vətəndaşı olmaqla 8 nəfər xəsarət aldı

Hadisə Materials 5 Yanvar 2022 10:42 (UTC +04:00)
Bakı-Ələt yolunda ağır qəza -  ikisi Türkiyə vətəndaşı olmaqla 8 nəfər xəsarət aldı

Bakı. Samir Əli - Trend:

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda, 2 müxtəlif ərazidə ağır avtomobil qəzaları baş verib.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

O bildirib ki, hər iki qəzada ümumilikdə 8 nəfər xəsarət alıb.

"Baş verən ilk qəza nəticəsində Mərkəzə 5 yaralı gətirilib. Yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Bir qədər sonra baş verən ikinci qəzadan isə KTM-ə 3 yaralı gətirilib. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır. Hər üç yaralıya ilk tibbi yardım göstərilib, vəziyyətləri kafidir", - E.Hidayətoğlu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti