...

Bakıda təkər təmiri sexində baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 2 Fevral 2022 23:50 (UTC +04:00)
Bakıda təkər təmiri sexində baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində ümumi sahəsi 750 m² olan təkər təmiri sexinin yanar konstruksiyaları 500 m² sahədə, içərisində olan avtomobil şinləri və ərazidə dayanmış “Mercedes” markalı yük avtomobilinin yanar hissələri qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sexin qalan hissəsi və bitişik olan müxtəlif təyinatlı digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

21:37

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil təmiri sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Trend FHN-ə istinadən xəbər verir.

XXX

19:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti