Bakı. Trend:
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində 19 boksdan ibarət ümumi sahəsi 513 m² olan (hər birinin sahəsi 27 m²) avtomobil təmiri sexinin 5 boksunun ondulindən ibarət dam örtüyü 150 m² sahədə, içərisində olan avtomobil ehtiyat hissələri və avadanlıqlar yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bokslarda təmirə dayanmış 2 ədəd minik avtomobili yanğın zamanı yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XXX
20:43
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Trend-ə bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.