Bakı. Trend:
Gürcüstanda 5,4 bal gücündə zəlzələ baş verib.
Trend ABŞ geoloji xidmətinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 22:25 radələrində qeydə alınıb.
Dağıntı və tələfat haqqında məlumat yoxdu.
Qeyd edək ki, eyni vaxta yeraltı təkanlar Gəncə şəhərində də 3,5 bal gücündə hiss olunub.
Gürcü KİV-lərin məlumatına görə, 5,8 bal gücündə zəlzələnin episentri Tbilisidən 53 kilometr aralıda, Gürcüstanın cənubundakı Sameba kəndi yaxınlığında olub.