...

Sabirabadda koronavirus xəstəsi küçədə saxlanılıb

Hadisə Materials 17 Fevral 2022 15:47 (UTC +04:00)
Sabirabadda koronavirus xəstəsi küçədə saxlanılıb

Bakı. Fərid Zöhrabov - Trend:

Sabirabadda koronavirus xəstəsi küçədə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Sabirabad rayon sakini M.Dəmirova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti