Bakı. Samir Əli - Trend:
4 mart 2022-ci il saat 19 radələrində Sabunçu yol qovşağının yaxınlığında “Vətən.az” MMC-nin müvəqqəti istismarında olan 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 Dövlət Qeydiyyat Nişanlı avtobusun iştirakl ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, sərnişin avtobusu kommunal xidmət avtobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır. “Vətən.az” MMC-dən məsul şəxs Sənan Səlimov Agentliyə çağırılıb.