...

Norveçin şimalında qar uçqununda xizəkçilər həlak olub

Hadisə Materials 8 Aprel 2022 01:52 (UTC +04:00)
Norveçin şimalında qar uçqununda xizəkçilər həlak olub

Bakı. Trend:

Fransalı xizəkçilər qrupunun üç üzvü Norveçin şimalında qar uçqunu nəticəsində həlak olub.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, təbii fəlakət Tromso şəhərinin şərqində Kavrinqtinden dağında qeydə alınıb.

Nəticədə doqquz nəfərdən ibarət qrupun üç üzvü qarın altında qalıb. Axtarışların dərhal başlanması və itkin düşənlərin üzərində müvafiq avadanlığın olduğundan qısa müddət ərzində aşkarlandığına baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Qrupun digər altı üzvü isə heç bir xəsarət almayıb.

Qeyd olunur ki, bir müddət əvvəl sinoptiklər ərazidə qar uçqunu təhlükəsi ilə bağlı məlumat yaymışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti