...

İstixanada narkotik yetişdirən Salyan sakini saxlanılıb (FOTO)

Hadisə Materials 18 Aprel 2022 09:29 (UTC +04:00)
İstixanada narkotik yetişdirən Salyan sakini saxlanılıb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Həyətində olan iki istixanada narkotik tərkibli bitkilər yetişdirən Salyan rayon sakini saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Kərimbəyli kənd sakini Əmrah Rəhimov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan iki istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş ümumi çəkisi 250 kiloqram olan 1068 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti