...

Qəbələdə qanunsuz ağac kəsənlərə cinayət işi açılıb

Hadisə Materials 28 Aprel 2022 12:15 (UTC +04:00)
Qəbələdə qanunsuz ağac kəsənlərə cinayət işi açılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Facebook” sosial şəbəkəsində “ecofront” adlı səhifədə Qəbələ rayonunun Məmmədağalı kəndində ağacların qanunsuz kəsilməsi ilə bağlı məlumatlar üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müəyyən edilib ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Yenikənd meşəbəyliyinin 11 saylı dolayının vəzifəli şəxslərinin Qəbələ rayonu Məmmədağalı kəndi ərazisində bioloji inkişafda olmuş meşə fonduna daxil olan 55 ədəd müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində 11 min manat məbləğində ziyan dəyməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olub.

Fakt üzrə Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması üçün Qəbələ rayon prokurorluğuna göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti