...

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb

Hadisə Materials 21 May 2022 11:24 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 68 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 88 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti