...

Bakıda toya gələrəkən qəzaya düşənlərin vəziyyəti açıqlanıb

Hadisə Materials 28 May 2022 23:06 (UTC +04:00)
Bakıda toya gələrəkən qəzaya düşənlərin vəziyyəti açıqlanıb

Bakı. Trend:

Bakı-Ələt yolunun 54-cü km-də baş verən avtomobil qəzası nəticəsində yaralanan 7 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.

Trend-in məlumatına görə, yaralılardan 6-sı qadın, 1-i kişi olub.

Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Yaralıların verdiyi məlumata görə, hadisə mikroavtobusun aşması nəticəsində baş verib.

Qeyd edək ki, xəsarət alanlar qohum olub və Bakıya toya gələrkən qəzaya düşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti