Bakı. Trend:
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 350 m² olan restoran binasının havalandırma qurğusunda kömür filtri və yağ qalıqları yanıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.