...

Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Hadisə Materials 12 İyul 2022 16:10 (UTC +04:00)
Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Bakı. Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakin Feyzulla Nurməmmədov saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində müxtəlif mağazalardan ümumi dəyəri 3180 manatdan çox olan müxtəlif növ spirtli içkilər, siqaretlər, məişət əşyaları və texniki avadanlıqlar, eləcə də ümumilikdə 330 manat nağd pul oğurladığı müəyyən edilib.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti