...

Həyətlərində çətənə bitkisi yetişdirən Ucar sakinləri saxlanılıb (FOTO)

Hadisə Materials 29 İyul 2022 20:16 (UTC +04:00)
Həyətlərində çətənə bitkisi yetişdirən Ucar sakinləri saxlanılıb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, araşdırmalarla onun rayonun Ənvər Məmmədxanlı kənd sakini Baris Rüstəmov olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən və yaş çəkisi 38 kiloqrama yaxın olan 60 ədəd çətənə kolu, eləcə də evin eyvanından 83 qram marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı B.Rüstəmov çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan rayonun Lək kənd sakini Xaləddin Mehdiyev də saxlanılıb. Həmin şəxsin yaşadığı ünvandan isə 4 ədəd çətənə bitkisi və 6 qrama yaxın marixuana aşkarlanıb.

Faktlarla bağlı Ucar RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti