Bakı. Trend:
Kürdəmir rayonunun Qarasu kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.