...

Bakıda 17 yaşlı qız itkin düşüb

Hadisə Materials 15 Sentyabr 2022 10:53 (UTC +04:00)
Bakıda 17 yaşlı qız itkin düşüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 17 yaşlı itkin düşüb.

Daxili İşlər Nazirliyindən Trend-ə vüerilən məlumata görə, paytaxtın Nəsimi rayonunda yaşayan Əliyeva Arzu Tərlan qızı polisə müraciət edərək qızı 2005-ci il təvəllüdlü Hacıyeva Dinara Vüsal qızının avqustun 29-da evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib. O, həmin gündən bərı qızı barədə məlumat ala bilmədiyini qeyd edib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. Dinara Hacıyeva barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə (012) 441-23-80 şəhər və (055) 805-93-93

mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti