...

Siyəzəndə yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 9 Noyabr 2022 22:58 (UTC +04:00)
Siyəzəndə yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Siyəzən rayonunun Eynibulaq kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Opel” markalı iki minik avtomobili toqquşub, 4 nəfər avtomobillərdə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər sağ, digər 1 nəfərin meyiti zədələnmiş avtomobillərdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti