...

Sabirabadda qonşusuna iynə vurub öldürən qadının işi məhkəməyə göndərildi

Hadisə Materials 16 Noyabr 2022 11:06 (UTC +04:00)
Sabirabadda qonşusuna iynə vurub öldürən qadının işi məhkəməyə göndərildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sabirabadda qonşusunun ölümünə səbəb olan qadının barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Sabirabad rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, cari ilin iyulun 7-də Sabirabad rayonu, Yaxa Beşdəli kənd sakini Gülnaz Mecidovanın “anafilaktik şok” nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla zərərçəkmişin xahişi ilə həmkəndlisi Sevda Əhmədovanın “Ceftriaxone” tərkibli antibiotik preparatını ev şəraitində Gülnaz Mecidovanın sol qoluna sınaq inyeksiyasını etməsi nəticəsində yaranmış “anafilaktik şok”dan sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sevda Əhmədovaya Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam “ qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sabirabad rayon Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti